Britaniyalı maşinistlər işləməkdən imtina ediblər. Bir neçə yüz reys ləğv olunub

İngiltərə yığmasının Avro-2024-ün finalında iştirakı ilə əlaqədar Böyük Britaniyada nəqliyyat problemləri yaranıb.

Allsport.az saytı xəbər verir ki, iyulun 14-də İspaniya ilə Avro-2024 final matçında (1:2) bir çox maşinist və dəmiryol işçisi işləməkdən imtina etdiyi üçün, ölkədə bir neçə yüz qatar səfəri ləğv edilib.

Bir çox britaniyalı dəmiryol işçisi üçün bazar günləri işləmək onların əmək müqaviləsi ilə əhatə olunmur və bir çox operatorlar tez-tez nəqliyyatın hərəkətini davam etdirmək üçün işçilərin könüllü razılığına güvənirlər.

Həmin kateqoriyadan