- Baxış sayı: 33
- 24 Noyabr 2024 15:47
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Bakı şəhər halqası əməliyyat şirkəti paytaxtın mərkəzi küçələrini dənizkənarı milli parkla əlaqələndirən yolun “Sahil bağı” ətrafından keçən hissəsində velosiped zolağının inşası ilə bağlı açıqlama yayıb. Allsport.az saytı xəbər verir ki, bu küçələrdə təhlükəsizlik hasarının özək konstruksiyası 2016-cı ildən etibarən quraşdırılıb.
Formula-1 Azərbaycan qran prisinin keçirilmədiyi müddətdə bu özək konstruksiya piyadaların hərəkətinə mane olmamaq üçün asfalt örtüyünün altında qalır və üzəri xüsusi qoruyucu ilə bağlanır.
Velosiped zolağının çəkilməsindən əvvəl BŞH piyada və ya velosipedlərin hərəkətinə mane olmaması üçün bu özəklərin yerinin dəyişdirilməsini və ya velosiped zolağının özəklərdən kənarda salınmasının vacibliyini Bakı nəqliyyat agentliyinə bildirib. Yaranmış narahatlığın həlli üçün BNA ilə razılaşdırılaraq müvafiq tədbirlər görüləcək.