BŞHƏŞ-in baş direktoru qadın marşallarımızın töhfələrindən danışıb

Hazırda Azərbaycan mükafat yarışının ümumi marşal heyətinin 36%-ni təşkil edən qadınlar, kişi həmkarları ilə mühüm vəzifələri yerinə yetirir, trekdə baş verən hadisələri idarə və yarış əməliyyatlarına nəzarət edirlər. Allsport.az saytı xəbər verir ki, Bakı şəhər halqası əməliyyat şirkətinin baş direktoru Maqsud Fərzullayev bunu deyib:

“Qadın marşallarımızın 16-cı döngədə yerləşən postu onların töhfələrinin yarışın gələcəyi üçün nə qədər vacib olduğunu göstərir. Qadınları belə mühüm bir posta yerləşdirməklə, biz sadəcə onların nailiyyətlərini qeyd etmirik, eyni zamanda, daha inklüziv və dinamik bir idman üçün yol açırıq. Qlobal miqyasda motoraport inkişaf etdikcə, Bakı şəhər halqasının qadın marşal postu bu idmanın müxtəlifliyi qəbul etdiyini və qadınlar üçün daha çox imkanlar yaratdığını nümayiş etdirir.”

Həmin kateqoriyadan