“Bu, ən vacib qarşılaşmalardan biridir”

“Şübhəsiz ki, bu, ən vacib qarşılaşmalardan biridir, lakin hazırlığımız əvvəlki oyunlardakl kimidir. Hər şey olduğu kimi qalır”.

Allsport.az xəbər verir ki, bu sözləri Almaniya milliisinin baş məşqçisi Yulian Naqelsman İspaniya millisinə qarşı bu gün keçiriləcək Avro-2024-ün 1/4 final oyunu haqda danışarkən deyib. 36 yaşlı mütəxəssis matçla bağlı təşkil edilən mətbuat konfransında həmçinin bildirib:

“Bu, final yox, 1/4 final görüşüdür. Yarımfinalda yer alan komandalardan biri olmaq istəyirik. İspaniya da çempion olmaq istəyir, ona görə də çətin oyun olacaq. Hər iki komanda topla yaxşı oynayır və yaxşı pressinqə edir. Hər ikisi rəqiblərinə təzyiq göstərə bilər. Sabah təkbətək vəziyyətlərdə daha yaxşı oynamaq vacib olacaq”.

O ümid etdiyini deyib ki, hazırlıqları tam başa çatıb: “Kimin əsas heyətdə oynayacağını müəyyənləşdirmişik. Dünən çoxlu fərdi söhbətlər etdik, çoxlu videoya baxdıq. Biz yaxşı hazırlaşmışıq və əminik ki, gözəl oyun göstərə biləcəyik”.

Həmin kateqoriyadan