- Baxış sayı: 20
- 24 Noyabr 2024 14:57
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Allsport.az saytı beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Macarıstanın Sombatxey şəhərində “Haladas” idman kompleksində Azərbaycan – Qazaxıstan oyunundan sonra təşkil olunan mətbuat konfransında millimizin məşqçisi Arif Əsədovun səsləndirdiyi fikirləri nəzərinizə çatdırır:
“Futbolçularımı təbrik edirəm. Mövsümün sonu olduğundan, həm psixoloji, həm də fiziki yorğunluq var. Buna baxmayaraq, oyunçularımız xarakter nümayiş etdirərək, geridönüş etməyi bacardılar. Təəssüf ki, ilk standart vəziyyətdən qol buraxdıq. Ardınca rəqib əks-hücumdan daha bir dəfə fərqləndi. Ancaq komandamız toparlanaraq qələbə qazandı.
Albaniya ilə görüşü də yaxşı keçirmişdik. Ən azı, heç-heçəyə layiq idik. Həmin matçdan sonra da görürdük ki, azarkeşlər və ictimaiyyət komandaya inanır. Bu amil futbolçulara müsbət təsir göstərmişdi”.
Oyun Azərbaycan milli komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.