- Baxış sayı: 22
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
U-21 Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda evdə Moldova futbolçuları ilə 0:0 edib. Allsport.az saytı xəbər verir ki, görüşlə bağlı baş məşqçi Samir Əliyevin səsləndirdiyi fikri nəzərinizə çatdırırıq:
“Yeni formalaşan komandayıq, ilk dəfə beynəlxalq səviyyəli oyun keçirdik. Əsas hədəfimiz qısa müddətdə U-21-in heyətini formalaşdırmaqdır. Moldova yığmasına qarşı oyun bizim üçün çox faydalı oldu. Rəqib çox yaxşı təşkilatlanmış, nizam-intizamı yüksək olan komanda idi.
Xüsusən müdəfiə xəttində daha diqqətli və intizamlı oynayırdı. Bu cür rəqiblə oyunda müdəfiə xəttini yarmaq çətindir. Buna baxmayaraq, 90 dəqiqə ərzində bir neçə qol imkanı yaratdıq. Təəssüf ki, bu imkanlardan yararlana bilmədik”.