- Baxış sayı: 35
- 24 Noyabr 2024 15:47
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
İspaniyada Formula-1 üzrə dünya çempionatının 6-cı mərhələsində, 4675-metrlik Barselona trasında, 66 dövrənin yekununda “Red Bul”un sürücüsü Maks Ferstappen yenə 1-ci olub.
Allsport.az saytı xəbər verir ki, o, ABŞ-da da finişə ilk çatmışdı. Bu dəfə qələbəni 1 saat 37:20.475 saniyəyə qazanıb. Onun komanda yoldaşı Serxio Peres 2-ci yer tutub. İlk üçlüyü “Mersedes”dən Corc Rassell qapayıb.
Ötən yarışda “Ferrari” dubl etmişdi. Növbəti ötüşmə 1 həftə sonra Monakoda olacaq. Komandalar 3337-metrlik şəhər trasında 78 dövrə vuracaqlar.