“Bu dəfə yaxşı başlamışıq”

“Sumqayıt” premyer liqanın 3-cü turunda səfərdə “Qəbələ”yə 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abbasov sevincini belə bölüşüb:

“Səfər matçının gərgin keçəcəyini bilirdik. Qəbələdə oyuna adaptasiya olunmaq çətindi. Yüksəklik səbəbindən nəfəs çatışmazlığı, boğulma olur. Hesab başqa cür də ola bilərdi. Fasilədən sonra çox fədakarlıq göstərməli olduq.

Erkən qol yaxşıdır. Amma mənfi tərəfi də odur ki, rəqib konsentrasiyanı artırır və ayılır. Çox çətin oldu. Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Ötən mövsüm müəyyən mənfi seriyamız olsa da, bu dəfə yaxşı başlamışıq. Xoşdur ki, səfərdən yaxşı əhvalda qayıdırıq”. 

Həmin kateqoriyadan