- Baxış sayı: 19
- 06 Fevral 2026 23:16
- Baxış sayı: 225
- Fevral 04, 2026
- 0

Bu gün premyer liqanın 15-ci turunda “Sumqayıt” səfərdə “Turan Tovuz” ilə 2:2 etdi.
Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Mübariz Orucov bunu söylədi:
“Son bir həftədə 3 oyunumuz var idi. Belə qrafiklə çətindir. İkinci hissənin ilk 10 dəqiqəsini çıxmaq şərti ilə, komandadan razı qaldım.
Hesabda üstün olduğun durumda sonradan təşəbbüsü əldən vermək çox üzücüdür. Bu gün 2 xal itirdik.
Çempionatın yarısına hələ çatmamışıq. Yarış cədvəlində vəziyyət elədir ki, uğurlu sıralama durumu dəyişə bilər”.