- Baxış sayı: 59
- 15 Dekabr 2025 16:29
- Baxış sayı: 99
- Dekabr 15, 2025
- 0

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. 2016-2017-ci il mövsümündə Premyer Liqada çıxış edəcək klubların sayının müəyyənləşdirilməsi barədə qərar İcraiyyə Komitəsinin 13 iyun 2016-cı il tarixində keçiriləcək iclasında qəbul olunsun. AFFA, PFL və Lisenziyalaşdırma Qrupu I diviziondan idman prinsiplərinə uyğun olaraq Premyer Liqaya yüksəlmək ehtimalı olan klubların vəziyyəti ilə bağlı iyunun 13-dək araşdırma aparıb İcraiyyə Komitəsinə təqdim etsin.
2. Rafiq Mirzəyevin U-17 Azərbaycan yığmasının, Mirbağır İsayevin U-16 Azərbaycan yığmasının, Milton Luiz Ziller Juniorun futzal üzrə Azərbaycan milli komandasının, Zeynal Zeynalovun çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatı təsdiq olunsun.