“Bu gün heç bir təxribat mənim üçün ciddi əhəmiyyət kəsb etmir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, konfrans liqasının pley-ofunda “Marsel” klubu ilə Fransada ilk matçda onlara qarşı edilən erməni təxribatı barədə danışıb. Allsport.az saytı xəbər verir ki, o bu cür təxribatlara əhəmiyyət vermədiyini bildirib: 

“Oradakı təxribata zərrə qədər də önəm vermədim. Torpaqlarımız bizdə olmayanda rəqiblərdən ehtiyatlanırdıq, uduzmaq istəmirdik. Başda mən olmaqla çox narahat olurduq. Qarabağ köçkünləri illər idi əziyyət çəkirdilər, doğma torpaq arzusunda idilər.

Bizə baxıb fərəhlənirdilər. Dəfələrlə də təxribatlar olmuşdu. Bu gün heç bir təxribat mənim üçün ciddi əhəmiyyət kəsb etmir. Çünki Azərbaycan xalqı, komandası olaraq başıdik getmişik. Torpaqlarımız geri qayıdıb. Dünya futbolunda da belə hallar olub. Bu təxribat deyil, çox kiçik şeydir.

Şükürlər olsun, bayrağımız öz torpaqlarımızda ucalıb. Bununla bizə heç nə göstərə, deyə bilməzlər. Bunu qəbul etmirəm. Sabah bayraqlarımızın sayı da çox olacaq. Onda hamımız başa düşəcəyik ki, belə şeylərə təxribat demək olmaz. Düşünmürəm ki, futbolçularımıza da təsir edib”. 

Sabah Tofiq Bəhramov adına respublika stadionunda görüş saat 21:45-də başlayacaq. Marseldə ilk görüşdə meydan sahibləri 3:1 qələbə çalıb.

Həmin kateqoriyadan