“Bu gün mənim üçün danışmaq, fikir bildirmək asan deyil”

Sabah “Qarabağ” Avropa liqasının “G” qrupunun 2-ci turunda evdə Fransanın “Nant” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, oyundan öncə Tofiq Bəhramov adına stadionda keçirilən mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu söyləyib:

“Mənim üçün danışmaq, fikir bildirmək asan deyil. 50 şəhidimiz var, qızğın döyüşlər gedir. Allah şəhidlərimizə rəhmət eləsin. Bura gəlməzdən öncə də proseslərlə maraqlandıq. Əfsuslar olsun ki, gənc övladlarımız canlarını tapşırırlar. Allah ailələrinə səbir versin.

Rəqib barədə çox danışmaq istəmirəm. “Nant”ı analiz etmişik. Qrupumuzda ən baxımlı futbol oynayan komandadır. Fərdi ustalığı yüksək futbolçuları var. Onlara qarşı ancaq yaxşı futbol oynamalıyıq. “Nant”dan çəkinməməliyik.

Aqressiv futbol oynayırlar. Biz də bunu nəzərə alıb, rəqibin üzərinə getməli, hücumda aktiv olmalıyıq. İnanıram ki, futbolçularım bunu bacaracaqlar. Bəzi risklər almalıyıq”.

Həmin kateqoriyadan