- Baxış sayı: 5
- 24 Noyabr 2024 17:35
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
Bu gün premyer liqanın son turunda “Turan Tovuz” evdə “Kəpəz”ə 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov qələbəyə şərh verib:
“Üzücü odur ki, çempionat bitir. Darıxacağıq. Bu il çox gərgin çempionat izlədik. Məncə azarkeşlər həzz aldılar. Son oyunumuzu qələbə ilə başa vurmaq istəyirdik. Evdə azarkeşlərimizi sevindirmək istəyirdik. Həm də Qərb derbisidir.
Bu oyunlar tarixdə qalır. Futbolçular əllərindən gələni etdilər. Oyun baxımından üstün idik. Təəssüflənirəm ki, epizodların çoxunu boşa verdik. Bəzi oyunlarda belə imkanları qaçırdıqdan sonra xallar itirmişdik.
Bu gün müdafiədə də yaxşı oynadıq. Rəhbərlik, azarkeşlər, futbolçular, işçilər hər kəsin əməyi var. İki ildi burada yaxşı işlər görürük. Daha da yaxşı olmağa çalışacağıq. Daha çox çalışmalıyıq. Hər kəsə təşəkkürümü bildirirəm. Azarkeşlərimizə dəstəklərinə görə minnətdaram”.