- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 174
- Mart 19, 2026
- 0

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” klubu növbəti yoxlama oyununu bu gün keçirəcək. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” Özbəkistanın “Nasaf” komandası ilə qarşılaşacaq.
“Bellis Deluxe” mehmanxanasının meydançasında baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Xatırladaq ki, bayraqdar hazırlıq çərçivəsində keçirdiyi ilk sınaq matçında Türkiyənin “Sivasspor” klubu ilə qolsuz heç-heçə etmişdi.