- Baxış sayı: 31
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 227
- Fevral 04, 2026
- 0

“Qarabağ” Avstriyada təlim-məşq toplanışının 7-ci gününü tək məşqlə başa vurub. Allsport.az saytı xəbər verir ki, hazırlıq yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 21:00) start götürüb və 90 dəqiqə davam edib.
Çalışma fitnes zalında başlayıb meydanda davam edib. Riçard Almeyda və Dani Kintana fərdi məşqlə kifayətləniblər.
Qeyd edək ki, bu gün komandamız 2-ci yoxlama matçını keçirəcək. “Köhlən atlılar” yerli vaxtla saat 18:00-da (Bakı vaxtıyla 20:00) Bolqarıstanın ÇSKA klubu ilə görüşəcək.