- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Konfrans liqasının pley-ofunda “Qarabağ” – “Olimpik Marsel” (Fransa) oyununun biletləri fevralın 13-ü saat 11:00-dan satışa çıxarılacaq. Allsport.az saytı xəbər verir ki, qiymət müvafiq olaraq 5, 15, 40, 75 və 100 manat təşkil edir. Tofiq Bəhramov adına respublika stadionunda COVİD-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Satış məntəqələri:
Tofiq Bəhramov adına respublika stadionun kassalarında 11:00-dan 20:00-dək bütün biletlər satılır;
İticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
“Park bulvar”dakı “Qarabağ”ın fan-şopunda (11:00-dan 20:00-dək),
28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00-22:00).