“Bu gün Tərlan Əhmədov kimi baş məşqçi kənarda qalıb. Niyə?”

Peşəkar futbol liqasının (PFL) 2008 – 2022-ci illərdə prezidenti Ramin Musayev müsahibə verib. Allsport.az saytı xəbər verir ki, 62 yaşlı futbol adamı bir çox məqamlara toxunub. O, milli komanda baş məşqçinin yerlilərin olmasını istəyib və dəqiq namizəd də irəli sürüb:

“Bu gün Tərlan Əhmədov kimi baş məşqçi kənarda qalıb. Niyə? Azərbaycana gələn əcnəbi baş məşqçilər ondan artıqdırlar? Xeyr! O iki dəfə “Neftçi”yə gəlib, hər birində nəticə verib. Amma bu gün işsiz qalıb. Bu qədər insafsızlıq olar? Hara baxır AFFA?

Niyə ona hansısa komandada baş məşqçi vəzifəsi vermir? Versin də… Niyə yerli mütəxəssislərimizdən istifadə olunmur? Yerli futbolçular da, yerli baş məşqçilər də kənarda qaldılar. Sonra nə olacaq? Gözləyək ki, FİFA dəyişiklik etsin, millidə də kimi istəyirlərsə, oynatmağa icazə versin?! Axı, bu, mümkün deyil” (teleqraf.az).

Həmin kateqoriyadan