“Bu, inanılmaz bir səyahət idi”

İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt Covid-19 Avro 2020-ni xatırlayaraq, 2024-cü il Avropa çempionatı ilə bağlı planlarını da bölüşüb.

Allsport.az xəbər verir ki, bu barədə o, UEFA-nın mətbuat xidmətinə açıqlama verib:

“Bu, qəribə kombinasiya idi: turnir (Avro-2020) Covid pandemiyasının başa çatdığı vaxta təsadüf etdi. Tribunalarda tamaşaçıların sayı artdı, çempionat vüsət aldı və 1966-cı ildən sonra ilk dəfə Almaniyaya pley-offda qalib gəldik. Bu, inanılmaz bir səyahət idi. Təbii ki, siz öz ölkənizin komandasına rəhbərlik edəndə belə bir komanda topladığınız üçün çox fəxr edirsiniz. Biz 50 ildən artıqdır ki, böyük turnirin finalında olmamışıq”.

Həmin kateqoriyadan