- Baxış sayı: 12
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0

Allsport.az xəbər verir ki, Simone İnzaqi məşqçilik karyerasında 3-cü dəfə İtaliya kubokunun qalibi olub.
47 yaşlı mütəxəssisin rəhbərlik etdiyi “İnter” həlledici oyunda “Fiorentina”nı 2:1 hesabı ilə məğlub edib.
Ümumilikdə italiyalının 7 kuboku var. “Latsio” ilə o, 2 İtaliya superkuboku (2017, 2019) və 1 ölkə kuboku (2019), “İnter”lə 2 superkubok (2021, 2022) və 2 ölkə kuboku (2022, 2023) qazanıb.
Bu mövsüm İnzaqinin 8-ci kuboku əldə etmək imkanı var. Bunun üçün “İnter” iyunun 10-da çempionlar liqasının finalında “Mançester Siti”ni məğlub etməlidir.