- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Bakının “İnter” (hazırkı “Şamaxı”) klubunun sabiq prezidenti Georgi Nikolov feysbukda paylaşım edib. Allsport.az xəbər verir ki, bolqarıstanlı funksioner komandanın Azərbaycan premyer liqasının 23-cü turunda “Qarabağ”a 0:8 hesabı ilə məğlub olmasına toxunub.
O, klubun “İnter” adlandığı dövrdən şəkil paylaşaraq, “Bu komanda heç vaxt 0:8 hesabıyla məğlub olmayıb” başlığını əlavə edib.
Qeyd edək ki, Georgi Nikolov 2006 – 2015-ci illərdə “İnter”in prezidenti olub.