Bu küçələrdə nəqliyyata məhdudiyyət

Formula-1 Qətər hava yolları Azərbaycan qran prisinə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir.

Allsport.az saytı xəbər verir ki, bu səbəbdən 31 avqust saat 08:00-dan etibarən, axşam saatlarınadək Xəqani küçəsi Bülbül prospekti kəsişməsindən Puşkin kəsişməsinə qədər nəqliyyata məhdudiyyət tətbiq olunacaq.

Eyni zamanda, Əziz Əliyev küçəsi, İstiqlaliyyət küçəsi və Azərbaycan prospekti kəsişməsindən, Əziz Əliyev Neftçilər prospekti kəsişməsinə qədər olan hissədə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan mükafat yarışı 13-15 sentyabrda keçiriləcək.

Həmin kateqoriyadan