“Bu, mənə acı verir”

Martın 17-də A Seriyasının 29-cu turunun “İnter” – “Napoli” oyunundan (1:1) sonra braziliyalı Joao Jesus italiyalı Françesko Açerbini oyun zamanı irqçi təhqirlər işlətməkdə ittiham edib.

Allsport.az xəbər verir ki, nəticədə “neradzurri”nin futbolçusunun sözlərinin ayrı-seçkilik xarakteri daşıdığı sübuta yetirilmədiyi üçün Açerbi cəzadan yaxa qurtarıb.

“”İnter”-“Napoli” matçı zamanı irqçi təhqirin qurbanı olduğuma dair heç bir sübut olmadığını hesab edən idman hakiminin qərarını bir neçə dəfə böyük təəssüf hissi ilə oxudum. Bu qərara hörmətlə yanaşıram, amma başa düşməkdə çətinlik çəkirəm və bu, mənə acı verir.

İnanıram ki, bu qərardan sonra oxşar vəziyyətdə olan hər hansı digər şəxs özünü qorumaq və irqçiliyin biabırçı təzahürünü dayandırmaq üçün çox fərqli davranacaq”.

Həmin kateqoriyadan