- Baxış sayı: 40
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Avstraliyanın Melburn şəhərində baş tutan Formula-1 dünya çempionatının 3-cü mükafat yarışını Şarl Lekler qazanıb. Allsport.az saytı xəbər verir ki, “Ferrari” 105-xal ilə mühəndislər kubokuna başçılıq edir. İtaliya komandasının monakolu sürücüsü sevincini belə bölüşüb:
“Bu maşın olmasa, qələbə də olmazdı. Trasda təkərlərə yaxşı nəzarət etdik. Nəticədən xoşbəxtəm, lakin hələ 3-cü yarışdayıq və çempionluq barədə danışmaq üçün çox tezdir. Mövsümün sonuna kimi belə davam etsək, çempionluq imkanımız artacaq. Yenidən zirvədə olmaq gözəldir”.
Aynur MEHDİYEVA
