- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 110
- Fevral 06, 2026
- 0

Sentyabrın 25-də “Qarabağ” premyer liqanın 7-ci turunda səfərdə “Qəbələ”ni 2:1 üstələdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov bunu dedi:
“Futbolçuları təbrik edirəm. Vacib qələbə qazandıq. “Qəbələ”yə uğurlar arzulayıram. Hakimliklə bağlı danışmaq istəmirəm. Bu, məşqçilik karyeramda 2-ci qırmızı vərəqə idi.
İlk dəfə, “İnter” (indiki “Şamaxı”) ilə oyunda bu məqamla qarşılaşmışam. O vaxtı birbaşa qırmızı vərəqə almışdım. Həmin epizodda da futbolçunu müzakirə etdiyimə görə olmuşdu. Bu matç üçün Medina cəzalanacaq. Qovulanların hamısı bizdə cəzalanır”.