- Baxış sayı: 37
- 30 Mart 2026 21:25
- Baxış sayı: 354
- Mart 30, 2026
- 0

“Sabah” premyer liqasının 13-cü turunda səfərdə “Qarabağ”a böyük hesabla uduzub. Allsport.az saytı xəbər verir ki, qonaqların baş məşqçisi Murad Musayev 1:5 yenildikləri matç barədə bunu söyləyib:
“Rəqibə çox böyük hörmətlə yanaşırdıq. Əsas komponentlərdə onlara uduzduq və matçdan istədiyimiz nəticə ilə ayrıla bilmədik. “Qarabağ” yaxşı təşkilatlanmış, hücum futbolu sərgiləyən komandadır.
Hər 2 cinah müdafiəçisi çox sürətli oyun göstərirdi ki, bu da onların hücumlarını daha kəskinləşdirir. Bu matçda rəqib bizi hər cəhətdə üstələdi və layiq olduğu qələbəni qazandı”.