- Baxış sayı: 9
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 89
- Noyabr 25, 2024
- 0
Premyer liqanın XI turunda “Sumqayıt” – “Qəbələ” oyunundan (0:0) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. sizi 43 yaşlı mütəxəssisin fikri ilə tanış edir:
“Bizi çətin matçın gözlədiyini bilirdik. “Sumqayıt” bu il yaxşı oyunu ilə seçilən komandalardan biridir. Qarşılaşma göstərdi ki, hər iki rəqib bir-birinə layiq idi. “Sumqayıt” da, biz də qalib gələ bilərdik. Düşünürəm ki, bu matçın ədalətli nəticəsi heç-heçə idi.
Komandam istədiyim bəzi elementləri meydanda verməyə çalışır. Ola bilər ki, bu, nəticə üçün yetərli olmur. Amma oyun planında inkişaf edə bilərik. Hücumların sayı həddindən artıq çoxdur. Son 6-7 matça nəzər salsaq, bəlkə də çempionatda hamıdan çox hücumda olan komandayıq.
Ancaq son nöqtəni qoya bilmirik. Ümid edirik ki, bu çatışmazlığı da aradan qaldıracağıq”.