- Baxış sayı: 40
- 19 Dekabr 2024 20:49
- Baxış sayı: 156
- Dekabr 18, 2024
- 0
Sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) Paris olimpiadasında 3-cü yer tutub. Allsport.az saytı xəbər verir ki, o, Fransa paytaxtında yerləşən “Azərbaycan olimpiya evi”ndə sevincini belə bölüşüb:
“Azərbaycana mənə bu şansı yaratdığı üçün təşəkkürümü bildirirəm. Bu medal mənim üçün qızıla bərabərdir. Azərbaycan güləş federasiyasına, məşqçilərimizə, həkim və masajçımıza, sparrinqlərimə minnətdaram.
Hər kəsə çox sağ ol deyirəm. Biz bir komandayıq. Bir ailəyik. Azərbaycanı öz doğma vətənim sayıram. Burada özümü qonaq kimi hiss etmirəm. Yarımfinalda məğlub olduğum Geno Petriaşvili çox güclü idmançıdır.
Bunu finalda da göstərdi. Onu da təbrik edirəm. Bu dəfə bürünc medal qazandım. Artıq indidən növbəti yarışa çıxmağı səbirsizliklə gözləyirəm. Özümü buna tam kökləmişəm”.