“Bu mövsüm bəlkə də ən çox bəyəndiyim oyunlardan birini keçirdik“

“Zirə” premyer liqasının 11-ci turunda öz meydanında “Səbail”lə 2:2 hesablı heç-heçə edib.

Allsport.az xəbər verir ki, ev sahibinin baş məşqçisi Rəşad Sadıqov oyun barədə öz fikirlərini bölüşüb:

“Ümumən futbolçularımın çıxışından razı qaldım. Bu mövsüm bəlkə də ən çox bəyəndiyim oyunlardan birini keçirdik. Yaxşı rəqibə qarşı oynayırdıq. “Səbail” uğurlu çıxış edir. Oyun bizim üçün çox yaxşı başladı. Hesabı açdıqdan sonra rəqibin müdafiəsində yaxşı boşluqlar var idi. Onlardan istifadə etmədik. Ancaq 2-3 dəqiqə içərisində iki qol buraxdıq. Bizim üçün böyük sarsıntı idi. Buna baxmayaraq, futbolçular oyuna nəzarəti əldən vermədilər, sona qədər hücum etməyə çalışdıq”.

Həmin kateqoriyadan