- Baxış sayı: 28
- 04 Fevral 2026 15:55
- Baxış sayı: 154
- Fevral 02, 2026
- 0

Braziliya millisinin sabiq çalışdırıcısı Luis Felipe Skolari “qızıl top” mükafatına layiq oyunçu ilə bağlı fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, 74 yaşlı mütəxəssis “Real”ın futbolçusu Vinisius Juniorun həqiqətən də “qızıl top”a layiq olduğunu bildirib:
“Vinisius həqiqətən də “qızıl top”a layiqdir. Bu mükafat üçün bir oyunçu seçə bilsəydim, onu seçərdim”.
Braziliyalı futbolçu klub səviyyəsində əla mövsüm keçirib. O, “Real”la İspaniya çempionluğunu və Çempionlar Liqasını qazanıb.