“Bu o demək deyil, hər şey bitib”

Çempionlar liqasının 3-cü təsnifatının ilk oyunları çərçivəsində “Qarabağ” – “Lüdoqoreç” matçından (1:2) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunub. Allsport.az saytı sizi 52 yaşlı mütəxəssisin açıqlaması ilə tanış edir:

“Həqiqətən bərk, çox təcrübəli komandaya qarşı oynayırdıq. Futbolçularım çox güc sərf etdilər. Çox sərt oynayan, fiziki göstəriciləri yüksək olan komanda ilə qarşılaşırdıq. İnanıram ki, bu, ilk hissədir, ikincisi Bolqarıstanda olacaq.

Səfərə qalib gəlmək üçün gedəcəyik. Lazım olsa, hər hansı risklərə gedəcəyik. Bu gün Çempionlar Liqasının matçı olduğu hiss olunurdu. Qarşımızda təcrübəli, yaxşı bir komanda idi. Futbolçularım sona qədər inanırdılar. “Lüdoqorets”ə qalib də gələ bilərdik, uduza da bilərdik. Bu gün məğlub olmuşuq.

Bu o demək deyil, hər şey bitib.  Bolqarıstanda səliqəli, dəqiq oynamağa çalışacağıq. Futbolçularım qarşıdakı günlərdə yaxşı hazırlaşacaqlarına, matça maksimum nəticə üçün çıxa biləcəklərinə inanıram. Bugünkü görüşdə stadionda yaxşı ab-hava var idi, azarkeşlərə təşəkkür edirəm”.

Həmin kateqoriyadan