“Bu oğlanda artıq yetkinlik görmək olar”

İspaniya millisinin yarımmüdafiəçisi Rodri Hernandes 16 yaşlı hücumçu Lamin Yamalın Avropa çempionatındakı çıxışını şərh edib.

Allsport.az xəbər verir ki, ispaniyalı futbolçu, millidəki komanda yoldaşının bir neçə ildən sonra dünyanın ən yaxşısı ola biləcəyini düşündüyünü söyləyib:

“Bu oğlanda artıq yetkinlik görmək olar. Onun yüksəlişinin nə olduğu hələ məlum deyil. Bunu bir neçə ildən sonra öyrənəcəyik. Gəlin görək, gələcəkdə nə olacaq. Düşünürəm ki, bir neçə ildən sonra o, dünyanın ən yaxşısı ola bilər. Lamində bunun üçün lazım olan bütün keyfiyyətlər var”.

Həmin kateqoriyadan