“Bu oyun bizim üçün dərs olmalıdır“


“Sumqayıt” premyer liqanın 10-cu turunda doğma meydanda “Sabah”a 1:0 hesabı ilə qalib gəlib.

Allsport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Samir Abbasov oyun barədə öz fikirlərini bölüşüb:

“Azarkeşlərimizə təşəkkür edirəm. Bu qələbədə onların da payı var. Heç vaxt bizi dəstəksiz qoymurlar. Bugün qazandığımız qələbəni də şəxsən mən azarkeşlərimizə həsr edirəm. Onlara halaldı. Oyunla bağlı fikirlərə gəldikdə isə, ötən oyunu analiz etmişdik. Matç bitən kimi oyunçular həddindən artıq qəzəbli idilər. Düşünürdüm ki, 1-2 saat sonra oynasaydıq, udardıq. Futbolçular məğlubiyyətə görə çox məyus olmuşdu. Təhlillər apardıq. Ötən il qollar vurmurduq, bu il vururuq. Keçən il bu cür komandalarla matçlarda əziyyət çəkirdik. İndi qələbə qazandıq. Buna görə də şadıq. Bu oyun bizim üçün dərs olmalıdır. Qoldan sonra arxaya çəkilirik. Bunu aradan qaldıra bilsək, yaxşı olacaq. Getdikcə, 60-70 dəqiqə tempi saxlaya bilirik. Daha da yaxşı olacağımıza inanıram. Qazandığımız 14 xal birinci dövrəyə görə bacaracağımız yaxşı şeydir. Bizim kimi komandaya görə müsbət haldır. Daha da artıra bilsək, möhkəm komandaya çevrilə biləcəyik”.

Həmin kateqoriyadan