Bu premyer liqada 2-ci dəfə

Premyer liqanın 27-ci turu məhsuldarlığı ilə diqqət çəkib. Allsport.az saytı xəbər verir ki, iki gün davam edən turun 4 qarşılaşmasında 17 qol vurulub. Orta məhsuldarlığın 4,25 olduğu turda mövsümün ikinci göstəricisi qeydə alınıb. Mütləq rekord isə ötən il sentyabrın 9-11-də keçirilən 4-cü turda yaşanıb. Həmin vaxt 4 matçda 19 qol, orta hesabla 4,75 top vurulub.

Meydan sahiblərinin 9, qonaqların 8 top vurduğu XXVII tur məhsuldarlıqda geri qaldığı 7 ay əvvəlki oyunları bir məqamda geridə qoyub. IV turda 8 komandanın heç də hamısı fərqlənməmişdisə, bu dəfə bütün komandalar qol sevinci yaşayıb. “Qarabağ” – “Sumqayıt” (2:1), AzAL – “Kəpəz” (1:2), “Zirə” – “Neftçi” (2:2) və “Qəbələ” – “İnter” (4:3) qarşılaşmalarında meydana çıxan bütün komandalar qol vura bilib.

Mövsümün arxada qalan hissəsində yalnız bir dəfə belə hal yaşanmışdı. Bu, bütün komandaların fərqləndiyi 15-ci turda baş verib.

Həmin kateqoriyadan