“Bu qələbə məni mütləq ən yaxşı edəcək”

Britaniyalı boksçu Tayson Füri mayın 18-də Ər-Riyadda ağır çəkidə mütləq dünya çempionu adı uğrunda ukraynalı Aleksandr Usiklə döyüşdən gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, bu barədə o, DAZN-a açıqlama verib:

“Düşünürəm ki, o, indiyə qədər qarşılaşdığım ən yaxşı rəqibdir. Mən əvvəllər ağır çəkidə dünya çempionları ilə döyüşmüşəm və ya məğlub olmayan boksçularla, əvvəllər olimpiya qızıl medalçıları ilə döyüşmüşəm, amma indiyə qədər heç vaxt iki çəkidə dünya çempionu ilə döyüşməmişəm. Ona görə də düşünürəm ki, bu, onu zirvəyə qoyur.

Düşünürəm ki, bu qələbə məni mütləq ən yaxşı edəcək, məni bütün zamanların bir nömrəli statusuna yüksəldəcək”.

Həmin kateqoriyadan