- Baxış sayı: 97
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Bu gün “Sabah” premyer liqanın 11-ci turunda səfərdə “Neftçi”yə 1:0 qalib gəldi.
Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların məşqçisi Artur Olenin qələbəyə belə şərh verdi:
“Çox gərgin oyun alındı. İlk hissədə üstünlüyümüz yox idi, əsasən də kəskinlik yarada bilmirdik, amma 2-ci hissədə oyun üstünlüyünü əldə etdik, 1-2 dəfə də fərqləndik və sonda lazım olan qolu vurmağı bacardıq. Bu qələbə bizim üçün çox önəmlidir. Çünki bizə inam verəcək”.