- Baxış sayı: 23
- 21 Noyabr 2024 21:36
- Baxış sayı: 37
- Noyabr 21, 2024
- 0
“”Şerif” ilə “Qarabağ”ın sistemi eynidir. Hər 2 klub bütün dünyadan legionerlər dəvət edir və onlara yaxşı məvacib verir. Ona görə də əcnəbilər Bakı və Tiraspola gəlirlər”.
Allsport.az saytı xəbər verir ki, bu fikri Rusiyada fəaliyyət göstərən “Qarabağ” futzal klubunun baş məşqçisi Elnur Vəliyev “moldfootball” nəşrinə müsahibəsində deyib. Ağdamın “Qarabağ” klubu ilə Moldova “Şerif”ini müqayisə edən 35 yaşlı mütəxəssis, Azərbaycan çempionunun daha yaxşı büdcəyə sahib olduğunu bildirib:
“2 komanda arasında yeganə fərq odur ki, “Şerif” futbolçulara 10 min ABŞ dolları, “Qarabağ” isə bundan 5 dəfə çox ödəyir. Ona görə də Azərbaycan çempionu avrokuboklarda 3 dəfə “Şerif”i mübarizədən kənarlaşdırıb”.