“Bu təcrübəni yeni vəzifəmdə daha geniş tətbiq etmək üçün əlimdən gələni edəcəyəm”

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, FİFA-nın Avropa milli assosiasiyaları üzrə direktoru təyin olunub. Allsport.az saytı xəbər verir ki, qurumun Paris yerləşən idarəsində fəaliyyət göstərəcək azərbaycanlı futbol adamı yeni işi ilə bağlı bunu deyib:

“FIFA-ya qoşulmaq çox xüsusi bir haldır. Bunu məsuliyyət və şərəflə qəbul edirəm. FIFA hazırda futbolu dünyanın hər nöqtəsində əhatə edən lokomotivdir. FIFA komandasıyla və üzvlərimizlə birlikdə əminəm ki, həm qadın, həm də kişi futbolunun inkişafı üçün yeni ideyaların həyata keçirilməsini davam etdirəcəyik.

“Futbolun idarəedilməsi və davamlı inkişafı mənim üçün ən maraqlı sahələrdəndir və bu mövzuda FİFA və onun prezidenti cənab İnfantino ilə məqsədlərimiz ortaqdır. Son 15 ildə AFFA-da fəaliyyətim mənə idman sahəsində mühüm təcrübə qazandırıb.

AFFA prezidentinə və komandamıza uzun və xoş əməkdaşlığımıza, effektiv idarəetmə qurduğumuza, kütləvi futbolun inkişafına və möhtəşəm tədbirlərin təşkilinə görə təşəkkür edirəm. Bu təcrübəni yeni vəzifəmdə daha geniş miqyasda tətbiq etmək üçün əlimdən gələni edəcəyəm”. 

Həmin kateqoriyadan