- Baxış sayı: 27
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Gürcüstan millisinin baş məşqçisi Villi Sanol Avro-2024-də Portuqaliya ilə oyundan gözləntilərini bölüşüb.
Allsport.az xəbər verir ki, bu barədə o, UEFA-ya açıqlama verib:
“Sadəcə bu turnirdə iştirak etmək bizim üçün böyük nailiyyətdir. Əgər turnirdən əvvəl kimsə desəydi ki, son tura qədər bizim qrupdan vəsiqə qazanmaq şansımız hələ qalacaq, mən buna sevinclə razılaşardım. Amma indi biz daha çox istəyirik və bu, tamamilə təbiidir.
Portuqaliyanın çoxlu ən yaxşı oyunçuları olan fantastik komandası var, lakin qrupdan vəsiqə qazanmaq üçün ən kiçik şansımız olsa da, bütün oyunçularım və mən bunu sona qədər arzulayacağıq”.