- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
Bu ilin avqust ayında sosial şəbəkədə “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynovu tənqid etdiyinə görə futbolçunun qohumları və dostları tərəfindən döyülən jurnalist Rasim Əliyev aparıldığı xəstəxanada həyatını itirmişdi.
Allsport.az saytı xəbər verir ki, bundan sonra milli komandamızın üzvü ilə yanaşı, hadisədə iştirak etmiş Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev həbs edilmişdi.
Adı çəkilən şəxslərdən bəziləri futbolçu olub. Bu gün Rasim Əliyevə hücum anının videogörüntüləri yayılıb. Belə ki, döyülmə anı hadisənin baş verdiyi məkanda qoyulmuş nəzarət kameralarına düşüb. Həmin görüntüləri təqdim edirik: