- Baxış sayı: 97
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Kəpəz” – “İnter” matçının 90-cı dəqiqəsində “Kəpəz”in futbolçusu Budaq Nəsirov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Zirə” – “Xəzər Lənkəran” matçının 86-cı dəqiqəsində “Zirə”nin futbolçusu Şahvələd Məhərrəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klubu 100 manat cərimə olunub.
“Qəbələ” – “Rəvan” matçının 88-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Murad Musayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.