- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bakı Şəhər Halqası əməliyyat şirkətinin qərargahında gələn il 27-29 apreldə Bakıda formula1 Azərbaycan qran-prisi üçün biletlərin satışına başlanmasına dair mətbuat konfransı keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülənd Özərdim bu il yerli sakinlər üçün xüsusi endirimlərin olacağını bildirdi:
“Bu ilin yayında Bakıda gərgin mübarizənin və böyük sürprizlərin fonunda baş tutmuş möhtəşəm yarış formula1 dünyasında böyük əks-səda doğurdu. Biz hələ də bu yarış barədə formula1 həvəskarlarından gözəl məktublar alırıq və bu məktublarda onlar növbəti yarışda hökmən iştirak edəcəklərini bildirirlər. Bu o deməkdir ki, gələn il Bakıya əvvəlkindən daha çox avtoidman azarkeşi gələcək.
Biz çox sevincliyik ki, hər ötən il Azərbaycan qran-prisinə həm beynəlxalq, həm də yerli ictimaiyyət arasında maraq getdikcə artır. Çalışırıq ki, növbəti möhtəşəm yarışı Bakıda canlı izləmək istəyən hər kəs üçün yeni imkanlar təqdim edək. Bu baxımdan bu il müxtəlif bilet seçimləri ilə qarşınızdayıq. Həmçinin sırf yerli sakinlər üçün də xüsusi endirimlər təklif edirik.
Məqsədimiz ölkəmizdə formula1 həyəcanını cəmiyyətin bütün təbəqələri arasında yayaraq Bakıda keçiriləcək əyləncə ilə dolu möhtəşəm yarış həftəsonuna daha çox insan cəlb etməkdir. Fürsətdən istifadə edərək hamını ilkin endirim kampaniyasından yararlanmağa dəvət edirəm. Çalışın indi təklif olunan ən sərfəli qiymətlər fürsətini əldən verməyin və dərhal bilet alaraq növbəti yarış həyəcanına indidən qoşulun”.
İlkin endirim kampaniyası
2018 formula1 Azərbaycan qran-prisinə biletlərin satışına əlverişli qiymətlərlə start verilib. Noyabrın 6-dan 31 dekabr 2017-ci il tarixinədək həm xarici, həm də yerli avtoidman həvəskarları biletləri 20 % endirimli qiymətlərlə əldə edə bilərlər. Bundan başqa, sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur. Yerli sakinlər
kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.
İlkin endirim kampaniyası yalnız tribunaya olan və 26-29 aprel tarixlərini əhatə edən 4 günlük biletlər üçün keçərlidir. Hər bir tribunada bu kampaniya üçün məhdud sayda yer ayrılıb. Azyaşlılar üçün alınan 4 günlük biletlər də bu kampaniyaya daxildir. Azyaşlılar kateqoriyası yarış həftəsonu zamanı 2-16 yaşlarında olan yeniyetmələri əhatə edir.
Azyaşlılar üçün biletlər ayrılıqda satılmır, yalnız böyüklər üçün olan biletlə birlikdə satılır. Böyüklər kateqoriyasına yarış həftəsonu ərəfəsində 16-dan çox yaşa sahib olanlar aiddir və bu kateqoriyaya daxil hər bir şəxs özündən savayı ən çox 2 ədəd azyaşlı bileti ala bilər. Azyaşlılarla yanaşı 25 %-lik endirimdən yararlanan yerli sakinlər də yarış həftəsonu ərzində yarış məkanına daxil olarkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.
İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün tribunalara 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 160-600 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 120-420 AZN təşkil edir. Bu kampaniya ərəfəsində 4 günlük biletlərə əlavə olaraq ayaqüstü zonalara birgünlük bilet almaq mümkün olacaq. Bu zonalara birgünlük biletlərin qiyməti cümə günü üçün 60 AZN, şənbə günü üçün 100 AZN və bazar günü üçün 150 AZN-dir.
1 yanvar 2018-ci il tarixindən etibarən biletlərin satışı yalnız xarici vətəndaşlar üçün tam qiymətlər üzərindən aparılacaq, yerli sakinlər üçün nəzərdə tutulmuş 25 %-lik endirim isə qüvvədə qalacaq. Həmçinin 2018-ci ilin ilk günündən etibarən yeni bilet seçimləri satışda olacaq.