- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Formula1 Azərbaycan qran-prisinin Bakıda keçirilməsi müddətinin 2023-cü ilədək uzadılması üçün yeni müqavilədən sonra yarışa beynəlxalq maraq kəskin şəkildə artıb. Allsport.az saytı xəbər verir ki, bu sözü Bakı Şəhər Halqası əməliyyat şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülənd Özərdim deyib. Onun bildirdiyinə görə, müqavilənin müddətinin uzadılması yerli Formula1 həvəskarları ilə yanaşı, xarici azarkeşlər tərəfindən də böyük maraqla qarşılanıb:
“Yeni anlaşmadan sonra satışın tempində iki dəfəyədək artım qeydə alınıb. Bu artım əsasən Rusiya və Böyük Britaniyadan olan avtoidman həvəskarları hesabına formalaşıb. Bilet satışları ötən illə müqayisədə daha yaxşıdır. Keçən ilin eyni dövrü ilə müqayisədə bilet satışında daha böyük artım müşahidə olunur. İndiyədək 46 ölkədən bilet alınıb və bu rəqəm hər ötən gün artaraq daha geniş coğrafiyanı əhatə edir. Hazırda Rusiya və Böyük Britaniyadan sonra Azərbaycan Qran-Prisinə ən çox maraq göstərən ölkələr Gürcüstan, Avstriya, Niderland, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və Finlandiyadır.
Xatırladaq ki, Azərbaycan mükafat yarışı aprelin 26-28-də keçiriləcək.