- Baxış sayı: 29
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

Koronavirus pandemiyasına görə dayandırılmış Almaniya bundesliqası bərpa olunub. Allsport.az xəbər verir ki, 2 aylıq fasilədən sonra 26-cı tura start verilib.
İlk gündə 6 görüş keçirilib. Bütün matçlar azarkeşsiz oynanılub. Dortmund “Borussiya”sı öz meydanında “Şelke”ni qəbul edib. “Rur” ev sahiblərinin 4 cavabsız qollu qələbəsiylə başa çatıb.
Turun qalan oyunları mayın 17-də və 18-də keçiriləcək.
Bundesliqada turnir cədvəlinə 55 xalla “Bavariya” başçılıq edir. Dortmund “Borussiya”sı 54 xalla 2-ci, Mönhenqladbax “Borussiya”sı 52 xalla 3-cü, “Leyptsiq” 51 xalla 4-cüdür.
17.30. “Leypsiq” – “Frayburq” – 1:1
Qollar: Poulsen, 77 – Qulde, 34
17.30. “Auqsburq” – “Volfsburq” – 1:2
Qolar: Yedvay, 54 – Şteffen, 43, Qinçek, 90+1
17.30. “Hoffenhaym” – “Herta” – 0:3
Qollar: Akpoquma, 58 (öz qapısına), İbişeviç, 60, Kunya, 74
17.30. “Fortuna” – “Paderborn” – 0:0
17.30. “Borussiya” (Dortmund) – “Şalke” – 4:0
Qollar: Holand, 29, Qerrero, 45, 63, Azar, 48
20.30. “Ayntraxt” – “Borussiya” (Münhenqladbax) – 1:3
Qollar: Silva, 81 – Plea, 1, Türam, 7, Bensebaini, 72 (pen.).