- Baxış sayı: 92
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Almaniya Bundesliqasında 11-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Ayntraxt” da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi doğma meydanda lider “Bavariya” ilə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb. Zədəli olan Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, “Ayntraxt” hazırda 13 xalla 11-ci pillədə qərarlaşıb.