- Baxış sayı: 24
- 27 Noyabr 2024 18:21
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Roma”nın çempionlar liqasında yarımfinala adlaması əfsanəvi futbolçu Françesko Tottinin qeyri-rəsmi saytında geniş yer alıb. Allsport.az xəbər verir ki, 1/4 finalda “Barselona” üzərində tarixi qələbə ilə bağlı dərc edilmiş məqalədə “Qarabağ”ın adı da vurğulanıb. Müəllif “Yeni bir ümid” başlığını verdiyi yazıda “canavarlar”ın parlaq çıxışı təhlil edilib. Bu nailiyyət 1977-ci ildə çəkilmiş “Yeni bir ümid” filmindəki ssenariyə bənzədilib.
Yazar “Roma”nın uğurunda baş məşqçinin rolunu xüsusi vurğulayıb: “Çərşənbə axşamı “Roma” Avropanı, bəlkə də, bütün dünyanı çaşdırdı. Həmin gün “Barselona”nı şempionlar liqasından kənarlaşdırdı və yeni tarix yazdı. Bu, ən böyük geridönüşlərdən biri kimi qəbul olunacaq. Eysebio Di Françeskonun 3-4-1-2 taktiki sxemi master-klass idi. Çünki bu sxemlə “Roma” başdan sona qədər matça diktə etdi. Bunu “Qarabağ” və ya “Krotone”yə yox, Messili “Barselona”ya qarşı etdik”.
Apasport.az-ın məlumatına görə, “Nou Kamp”da 1:4 hesablı məğlubiyyətdən sonra, önündə rəqibin qapısından 3 cavabsız top keçirən “Roma” yarımfinala adlayıb.