- Baxış sayı: 16
- 30 Mart 2026 21:25
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Qarabağ”ın futbolçusu Xayme Romero, İnstaqram hesabında yeni paylaşım edib. Allsport.az saytı xəbər verir ki, zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənardan qalan ispan futbolçu, yenidən qayıdışı ilə bağlı yazıb:
“Bu fotonun arxasında 7 aylıq zəhmət və zəhmət dayanıb. Bunu yenə etdim, yenə qayıtdım”. Xayme ötən ilin sentyabrında, konfrans liqasının 1-ci turunda “Bazel” ilə Bakıda keçirilən görüşdə zədələnmişdi.
O, aprelin 29-u ölkə kubokunun yarımfinalında “Qəbələ” ilə cavab görüşündə (5:0) 2-ci hissədə mübarizəyə qoşulub.