- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətər yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis 2:2 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Bizim üçün yaxşı sınaq oldu. Fiziki baxımdan güclü komandaya qarşı oynadıq. Xüsusilə ilk qoldan sonra yaxşı təsir bağışladıq. İkinci hissədə bir neçə qol imkanımız oldu. Amma asan epizodlardan fərqlənə bilmiriksə, qələbə qazanmaq çətin olur. Futbolçuların oyunundan razıyam. Meydanda sonadək mübarizə apardılar. Bundan da yaxşı nəticə qazana bilərdik. Təəssüf ki, səhv bizə baha başa gəldi.
Əgər tək nəticələr üzərindən dəyərləndirmə aparsaq, buradakı işimiz uğurlu alınmayıb. Ümumi götürdükdə komandanın oyununda inkişaf görünür. Daha əvvəl də demişəm, nələrisə qurmaq istəyiriksə, bunu addım-addım etməliyik. Bu gün millidə gördüyümüz işlər gələcəkdə ölkə futbolu üçün öz bəhrəsini verəcək. Futbolçularla aramızda yaxşı əlaqə var. Daha çox inkişaf edə bilərik”.