- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
“Araz Naxçıvan” premyer liqanın 5-ci turunda Gəncədə “Kəpəz”ə 2:1 qalıb gəldi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qonaqların baş məşqçisi Azər Bağırov bunu söylədi:
“Oyunun çətin keçəcəyini bilirdik. “Kəpəz” doğma meydanda yaxşı oynayır. Bu komandanın “Turan-Tovuz” və “Neftçi” ilə oyunlarını izləmişdik və müəyyən nəticələr çıxarmışdır.
Çalışdıq ki, istədiyimizi birinci hissədə icra edək. Buna nail olduq, qol epizodlarından maksimum yararlandıq. İkinci hissədə sığortalı oynadıq.
Uşaqlar yaxşı mübarizə apardılar. Buraxdığımız qol bizim üçün siqnal olmalıdır. Müdafiədə boşluqlar buraxdıq. Bunun üzərində işləməliyik”.