- Baxış sayı: 5
- 28 Noyabr 2024 13:41
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 20-ci turunda “Sumqayıt”la oyun sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis görüşdən razı qaldığını söyləyib:
“Komandamın oyunundan tam razı qalıdm. İlk dəqiqələrdən sonadək mübaizə apardılar, əzmkarlıq göstərdilər. Bu cür futbolçularımın olduğuna görə fəxr edirəm. Onları qələbə münasibətilə təbrik edirəm.
Buraxdığımız qolda Mamadu Mbodjla Səlahət Ağayev arasında anlaşılmazlıq baş verdi. Bu hər bir futbolçunun başına gələ bilər. Buna baxmayaraq, Mbodj özünü toparladı və lazımi anda vacib qol vurdu. Bu qol komandaya qələbə qazanması üçün motivasiya verdi.
Deməzdim ki, turnir cədvlənin ilk pilləsində qərarlaşmağımız növbəti oyunlara hazırlaşmaqda bizə psixoloji təzyiq göstərə bilər. Bu gün qələbəni qeyd edəcəyik, sabahdan isə növbəti oyuna hazırlaşacağıq. Vaxt çox azdır, amma komandanı növbəti matçadək komplektləşdirməyə çalışacağıq”.