“Buraya qələbə üçün gəlmişik”

“Neftçi” sabah konfrans liqasının 2-ci təsnifatında Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda “Jelezniçar” klubu ilə ilk görüşə çıxacaq. Allsport.az saytı xəbər verir ki, oyunu öncəsi mətbuat konfransı baş məşqçi Adrian Mutu bunu deyib:

“Bizi çox vacib oyun gözləyir. Fikrimcə, çox yaxşı komandaya qarşı mübarizə aparacağıq. Rəqibin Minsk “Dinamo”su ilə son oyununa baxmışam, çox əzmkar komandadır.

Bəzi futbolçuların fərdi ustalığını da qeyd edərdim. Əminliklə deyə bilərəm ki, bizim üçün çox ağır oyun olacaq. Bununla belə, buraya qələbə üçün gəlmişik”.

Matç iyulun 27-sində Bakı vaxtı ilə saat 23:00-da “Qrbaviça” stadionunda başlayacaq.

Həmin kateqoriyadan